Kuinsi Cons
Kuinsi Dilayt Cons (ing. Quincy Delight Jones, Jr.; d.14.3.1933, Çikaqo, İllinoys, ABŞ) — amerikalı musiqiçi, aranjmançı, musiqi prodüseri və truba ifaçısı. 28 dəfə Qremmi mükafatı laureatı və 80 dəfə nominantı, o cümlədən 1991-ci ildə "Grammy Legend Award" mükafatçısı, tarixdə ən çox satılan musiqi albomunun prodüseri.
Kuinsi Consla əməkdaşlıq edən məşhur müğənnilər arasında Rey Çarlz, Maykl Cekson, Frenk Sinatra, Din Martin, 2Pac, Marvin Gey, Stivi Uander, Vill Smit və bir çox başqaları var.
1964-cü ildə Kuinsi Cons ilk dəfə Sidni Lümetin "Sələmçi" (ing. Pawnbroker) filminə musiqi bəstələdi. Filmin uğurundan sonra Cons "Mercury Records"dan ayrıldı və Los-Ancelesə köçdü. Burada o, bir çox filmlərə musiqi bəstələdi, o cümlədən, "Nazik sap" (ing. The Slender Thread) (1965), "Soyuqqanlılıq" (ing. In Cold Blood) (1967), "İsti cənub gecəsində" (1967), "Makkennanın qızılı" (1969), "İtalyansayağı oğurluq" (1969), "Bob və Kerol, Ted və Elis" (Bob & Carol & Ted & Alice) (1969), "Sonuncu insan" (ing.